MİDA vergi borcu olan şirkəti tenderin qalibi seçib
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) proqram təminatlarının satın alınması ilə bağlı tenderə yekun vurub.
“APA-Economics” xəbər verir ki, tenderin qalibi "Farah Innovations" MMC seçilib.
MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək.
Qeyd edək ki, sözügedən şirkət - "Farah Innovations" MMC-nin 15 983 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu