Mikayil Cabbarovun Özbəkistan səfərində nələr oldu?

# 17:34
2 avqust 2022

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub.

Nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan mədəniyyət mərkəzini və Heydər Əliyev meydanını ziyarət edib, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub. Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev arasında görüş keçirilib.


Mikayıl Cabbarov dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini və prezidenti İlham Əliyevin bu ilin 21-22 iyun tarixlərində Özbəkistana rəsmi səfərinin əlaqələrin daha da genişlənməsində mühüm rolunu vurğulayıb. Qeyd edilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əlverişli platformadır.


Nazir qeyd edib ki, Özbəkistanla sənaye sahələri üzrə əməkdaşlığın inkişafı, neft-qaz, neft-kimya, əczaçılıq, tikinti materialları, qida məhsulları, zərgərlik məmulatları istehsalı, şərabçılıq və digər sahələrdə yeni layihələrin həyata keçirilməsinin qarşılıqlı investisiyaların artmasına və ölkələrimizin iqtisadiyyatının inkişafına töhfə verəcək.


İqtisadiyyat naziri Özbəkistan iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması layihələrində iştiraka dəvət edib.


Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.
 

Tərəflər iki ölkə arasında Daşkənddə Azərbaycan və Özbəkistan regionları arasında birinci forumun və yerli məhsulların nümayiş etdiriləcəyi sərginin təşkili barədə fikir mübadiləsi aparıblar.


Nümayəndə heyəti Daşkənddə fəaliyyət göstərən “Global textile” müəssisəsində olan Azərbaycan nümayəndə heyəti “Uztekstilprom Assosiasiyasının sədri İlxom Haydarovla  və Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşüb. Tərəflər Azərbaycan və Özbəkistan arasında tekstil sənayesində əlaqələrin inkişafı, rəqabət qabiliyyətli təbii ipək məhsullarının istehsalı və satışının genişləndirilməsi üzrə əməkdaşlıq, təcrübə mübadiləsi barədə müzakirələr aparıblar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR