Mikroavtobus evakuatora çırpıldı – BİR NƏFƏR ÖLDÜ, BİR NƏFƏR YARALANDI
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun “Dördyol" adlanan hissəsində qeydə alınıb.
Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus, Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi evakuatorun arxa hissəsinə çırpılıb. Nəticədə sürücü Emil Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sərnişini, 1989-cu il təvəllüdlü Şamil Bağırov isə hadisə yerində ölüb.
Hadisə nəticəsində evakuatorda olan və Qazax rayon sakini Rövşən Əhmədova məxsus "Vita" markalı avtomobilə də ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi