Mikroavtobus yandı
Qəbələ rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Zarağan kəndində baş verib. Söhrab Dəmirova məxsus 36-BG-372 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobusda baş verən yanğının söndürülməsi üçün əraziyə Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu