Milli Məclis sədri “Naməlum əsgər”in məzarına baş çəkdi
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Kreml yaxınlığındakı “Naməlum əsgər”in məzarı önünə əklil qoyub.
Qeyd edək ki, Sahibə Qafarova Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirəcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu