“Milli Preventiv Qrupun fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmalıdır”
“Layihədə “Əvvəllər məhkumluğu olan” ifadəsi “hazırda məhkumluğu olan şəxs” kimi dəyişdirilir. Bu, çox yerinə düşən dəyişiklikdir, biz bunu təklif etmişdik”.
APA TV-nin xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, Milli Preventiv Qrupun fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır.
Qüdrət Həsənqulyev Ombudsmanın hesabatında bir uşağın bağça ilə bağlı probleminin yer almasını təqdir edib: “Çünki uşaqlar üçün hər şey bağçadan başlayır. Ombudsmanın bu məsələlərə diqqət etməsi də çox yerində addımdır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu