“Milli rəqsləri təbliğ etsək baxan olmaz” – RƏQQASLAR ÜZ-ÜZƏ – APA TV
Son vaxtlar Azərbaycanın ənənəvi milli rəqslərinə yad elementlərin olduğu rəqslər ortaya çıxıb. Bu rəqslər sosial şəbəkələrdə geniş yayılıb. Nicat Azadlı deyir ki, küçə rəqsləri adlandırdığı belə rəqsləri ilk olaraq o qurub. Onun sözlərinə görə, qurduğu rəqslər məhz bu tərzdə olduğu üçün milyonlarla izlənmə toplayır. Rəqs müəllimi İlham Kərimli sözügedən rəqsləri bayağı adlandırır. O deyir ki, rəqs özü bir mədəniyyətdir və onu mədəni şəkildə təqdim etmək lazımdır. İlham Kərimli deyir ki, bayağı rəqslərin yayılmasında əsas məsuliyyət rəqs müəllimlərin üzərinə düşür. Onlar yenilik etmək istəyirlərsə, köhnə milli rəqs məktəbi ənənəsinə uyğun olaraq yeni quruluşlar verərək, Azərbaycan rəqslərini daha da zənginləşdirə bilərlər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib