Min il əvvəl batmış şəhərdə 7 min ceyran var - Azərbaycanda füsunkar yer

# 17:20
21 iyun 2022

Tülkü, canavar, çöl donuzu,  çöl pişikləri, şahin, qartal, qaz, ördək, flaminqo  və sair.. Siz burada bir çox heyvanları görə bilərsiniz. Siz burada günəşin dənizdən doğuşunu, turacların, bülbüllərin cəh-cəh vurub oxuduğu nəğmələri dinləyib ruhunuzu müalicə edə bilərsiniz. Çünki bura zəngin flora və faunası olan, 90 faizdən çox ceyran növünün yaşadığı Şirvan Milli parkıdır. Bu parkda Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşən ceyranlar və o ərazi üçün səciyyəvi olan fauna növləri qorunub saxlanılır.

Şirvan Milli Parkının faunasında 17 növ sürünən – o cümlədən  Xəzər tısbağası,  müxtəlif növ kərtənkələlər, suilanı, Qafqaz gürzəsi və s. canlılar var.

Şirvan milli parkının ərazisində  yerləşən “Qızıl qaz” gölündə əsasən su quşları məskunlaşıb. Quşların miqrasiya yollarında yerləşən  parkda 230 növ quş qeydə alınıb.

Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən qu quşları, yaşılbaş ördəklər, flaminqo, qaşqaldaq,  güləyən ördək və digər növləri toplanır.

Yırtıcı quşlardan ağquyruq dəniz qartalı, çöl qartalı, böyük qartalça, imperator qartalı, şahin və s. növlərə az miqdarda rast gəlinir.

Məməli heyvanlardan Respublikamızda yayılmış bütüm dəstələrin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gələ bilərsiz.

Şirvan Milli parkı respublikamızda xüsusi ekoloji və tarixi əhəmiyyət daşıyan təbiət komplekslərdən ibarət 10 milli parkdan biridir. Gözəl landşaftı və təbiəti olan milli park Salyan, Neftçala və Qaradağ rayonları ərazisində yerləşir və Xəzər dənizi ilə də sərhəd təşkil edir. 

 

Əlibəy Zeynalıı

Elçin Həsənov, APA TV  

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR