Mina terroru: Qurbanların sayı 331 nəfərə çatdı – APA TV

# 08:57
8 oktyabr 2023

Ermənistanın mina terroru nəticəsində qurbanların sayı 331 nəfərə çatıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, mina terroru nəticəsində, xüsusilə dinc sakinlər arasında günahsız qurbanların sayı artmaqda davam edir.

Hikmət Hacıyev vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixindən etibarən mina qurbanlarının sayı 331 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR