Minaaxtaran it bələdçimiz ABŞ-da mükafatlandırıldı

# 16:40
20 oktyabr 2022

ABŞ-nin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutu Minatəmizləmə Agentliyinin minaaxtaran it bələdçisi Qoşqar Kərimovu və onun minaxtaran iti “Tori”ni 2022-ci ilin ən yaxşı komandası elan edib.

Mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilmiş illik qala gecəsi və mükafatlandırma mərasimində sahiblərinə təqdim edilib. Bu məqsədlə ilin ən yaxşı komandası mükafatını almaq üçün ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov, minaaxtaran it bələdçisi  Qoşqar Kərimov və qurumun digər əməkdaşı Fikrət Əliyev Vaşinqtona səfər edib.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Bonnie Denise Jenkins, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov və minaaxtaran it bələdçisi Qoşqar Kərimov çıxış edib. Natiqlər Azərbaycanın üzləşdiyi mina problemi, humanitar minatəmizləmə sahəsində ölkəmizdə görülmüş işlər, habelə Azərbaycanla Marşal İrsi İnstitutu arasında humanitar minatəmizləmə sahəsində təşəkkül tapmış əməkdaşlıq barədə məlumat veriblər.

Tədbirin musiqili hissəsində ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” musiqisi əsasında milli rəqsimizi ifa edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR