Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb
Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb.
APA TV – nin yerli bürosunun rəsmi qurumlara istinadən verdiyi məlumata görə, Havanın həddən artıq isti, quraq və az yağıntılı keçməsi Su anbarında suyun səviyyəsinin hər gün 3-4 santimetr azalmasına səbəb olur.
Regional Hidrometeoroloji müəssisədən və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, hazırda su anbarında suyun səviyyəsi 69.10 metr səviyyəsindədir. Son 3 ay ərzində anbarda suyun səviyyəsi 3.9 metrə qədər azalıb.
Mütəxəssislər hesab edir ki, qarşıdakı günlər ərzində mövcud vəziyyət yaxşılığa doğru dəyişəcək.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, su anbarında düşmə Kür çayının ümumi axarına da təsir edir.
Ehtiram Muradov
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib