Mingəçevirdə 41 tikilinin bərpası yekunlaşıb

# 19:15
1 noyabr 2021

Mingəçevirdə Ermənistanın təcavüzü nəticəsində ziyan görən 41 tikilinin bərpası yekunlaşıb

 

Ötən il 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox tikiliyə ziyan dəyib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, dövlət başçısının tapşırığına əsasən, artıq 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir.

 

Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.  Əlvanə Həmidova bildirib ki, düşmən raketinin qonşuluğa düşməsi nəticəsində evi xeyli dağıntıya məruz qalıb, özü isə ayağından yaralanıb: “Başımıza raket yağsa belə yaşayış yerimizi tərk etmədik. Hasarlarımız uçdu, evimiz ziyan gördü. Dövlətimiz var olsun, dağılan evləri, hasarları yenidən tikib bizə verdi.”

 

Şəhər sakini Vüqar Cəfərov da evinin müharibə dövründə zərər gördüyünü deyib: “Dövlətimiz sağ olsun, evimizi bərpa etdi.”

 

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

 

11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 12 000-dən çox (yeni rəqəmdir 01.11.2021) yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR