Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən alan şəxs tutulub
Mingəçevir sakininə qarşı soyğunçuluq edilib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb.
Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb.
T.Həsənzadə xəstəxanaya yerləşdirilib.
Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. “İsti izlər”lə həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sahil Osmanov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu