Mingəçevirdə eyni gündə 16 nəfər zəhərləndi
Mingəçevirdə kütləvi zəhərlənmə olub.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hadisə ilə bağlı müraciətlər aprelin 3-ü axşam saatlarında daxil olub.
Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər 2 nəfərə zəruri yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılmaları planlaşdırılır.
Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.
Qeyd edək ki, müraciətlər bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən edilib.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib