Mingəçevirdə pirotexniki vasitələr satan qadın saxlanıldı

# 12:30
28 dekabr 2021

Mingəçevir şəhəri ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Changan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Şöbəyə dəvət edilən qadının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən maşının yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb. Vüsalə Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR