Mingəçevirdə tələbə dəm qazından boğularaq öldü
Mingəçevirdə tələbə dəm qazından zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.
Onun dəm qazından öldüyü ehtimal olunur.
V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsi olub və həmin mənzildə kirayədə qalırmış.
Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu