Mingəçevirdə üçəm dünyaya gəlib
Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.
APA xəbər verir ki, Şəhər Xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır.
Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindəndir.
Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb.
Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2 kiloqram 600, 2 kiloqram 900 və 2 kiloqram 300 qramdır.
Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək