Mingəçevirdə yaşayış binasında yanğın baş verdi
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.
APA TV-nin xəbərinə görə, hadisə Ə.Xəqanı küçəsində yerləşən binada baş verib. Yanğın iki otaqlı mənzilin bir otağını əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Yanğın yerinə baxış zamanı 1940-cı il təvəllüdlü Sərxanov Tofiq Şahlar oğlunun meyiti tapılıb.
Hadisə zamanı bir neçə bina sakininin tüstüdən zəhərləndiyi bildirilir. Bina sakinləri təxliyə olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu