Mingəçevirli Vətən Müharibəsi qazisinin nigah mərasimi baş tutub
Mingəçevirli Vətən Müharibəsi qazisi Elçin Abduləzimovun nigah mərasimi baş tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Naftalan, Mingəçevir və Bakı şəhərində üç dəfə cərrahi əməliyyat olunub. Hələ də bədənində qəlpə gəzdirən əsgər bu gün Asan Xidmət Mərkəzində Mingəçevir Dövlət Universitetinin xarici dil müəllimliyi fakültəsində birgə təhsil aldığı Nigar Məhərrəmova ilə ailə həyatı qurub.
Qeyd edək ki, nigah mərasiminə məzunu olduqları universitetin bir qrup fəalı da qatılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri