Minik maşını ağaca çırpıldı - YARALANAN VAR

# 17:19
4 iyun 2022

Oğuzda minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb.

 

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Oğuz rayon Dəymədərə kənd sakini 30 yaşlı Məharət Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR