Minik maşını anidən yandı - ZAQATALADA
Zaqatalada minik avtomobili yanıb.
APA TV-nin məlumatına görə, rayon sakini Araz İsayevin idarə etdiyi “BMW” markalı minik avtomobili hərəkətdə olarkən anidən yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin motorxanası yanaraq yarasız hala düşüb. Avtomobilin tam yanmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri