Minik maşını beton arakəsməyə çırpıldı: ÖLƏNLƏR VAR
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 61 yaşlı Pərviz Qafarovun idarə etdiyi "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücü və həyat yoldaşı, 54 yaşlı Afət Qafarova hadisə yerində ölüblər
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu