Minik maşını dərəyə aşdı, iki nəfər ÖLDÜ
Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Belə ki, "KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 40 yaşlı Kamil Qaragözov və 41 yaşlı Rəşad Vəliyev hadisə yerində dünyasını dəyişib. Onların meyitləri əzilmiş avtomobildən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu