Minik maşını mikroavtobusla toqquşdu: ÖLƏN VƏ YARALANANLAR VAR - APA TV
Minik maşını mikroavtobusla toqquşdu: ÖLƏN VƏ YARALANANLAR VAR Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Bazar adlanan ərazisinin yaxınlığında qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı mikroavtobusla toqquşması nəticəsində avtomobildə olan sərnişin, Bayramlı kənd sakini 1976-cı il təvəllüdlü Alıyev Asif Mansur oğlu ölüb. 2001-ci il təvəllüdlü Alıyev Mansur Asif oğlu və həmkəndlisi, 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mahir oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov APA TV-yə bildirib ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb və sürücüsü xəsarət almayıb.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək