Minik maşını su kanalına aşdı: Bir ailənin 4 üzvü YARALANDI

# 11:33
11 iyul 2022

Minik maşını su kanalına aşdı: Bir ailənin 4 üzvü YARALANDI Balakəndə qəzada bir ailənin dörd üzvü xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Hənifə kənd sakini Kamran Abdullayev idarə etdiyi "VAZ 21063" markalı avtomobillə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb. Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakini 28 yaşlı Səhnə Əlimərdanova, onun iki azyaşlı övladı Ramil və Soltan, eləcə də, uşaqların nənəsi Çəməngül Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Ramil Əlimərdanovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digərlərinin müayinə və müalicəsi Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR