Minik maşını “TIR”ın altında qaldı – APA TV
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza DSK yolunda qeydə alınıb. İdarəetməni itirən "TIR"ın sürücüsü yük maşınını bardürə vuraraq, yolun kənarına aşırıb. Nəticədə "Kia" markalı nəqliyyat vasitəsi yük maşınını altında qalıb.
Digər eyni markalı minik maşınına da ziyan dəyib. Bundan başqa Binəqədi rayon 4 nömrəli Yanğından Mühafizə hissəsinin hasarı da dağılıb. Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Dünyamalıyev Asif Həsən oğlu ölüb. Hadisənin təfərrüatı araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib