Minik maşını yandı, sürücü yaralandı
Tovuzda minik maşın yanıb.
Hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107 "minik maşını qəfildən yanıb.
Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobildəki yanğın söndürülüb.
Hadisə zamanı sürücü, 23 yaşlı Tovuz rayon sakini Namiq Məmmədov müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Sürücü Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır. Yanğın baş vermə səbəbləri araşdırılır.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu