Minik maşınları toqquşdu – ÖLƏN VƏ YARALANANLAR VAR
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Quzanlı qəsəbəsində “İnfiniti” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində “İnfiniti” markalı avtomobilin sürücü, Ağdam sakini, 1980-ci il təvəllüdlü Kamil Hüseynov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Ağdam sakinləri - “Mercedes”in sürücüsü, 1991-ci il təvəllüdlü Mobil Şükürov və sərnişini, 1997-ci il təvəllüdlü Nuranə Şükürova isə yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib