Minik maşınları toqquşdu: ÖLƏN VƏ YARALANANLAR VAR
Bərdədə "NİVA" və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
APA TV-nin xəbərinə görə, həlak olan şəxs Bərdə rayonu, Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.
Müxtəlif bədən xəsarətləri ilə Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılar Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Calalov Sədi Cəlal oğlu və Hüseynov Kənan Həsən oğludur.
Onlardan bəzilərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Yaralılar arasında polis əməkdaşlarının olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu