Minimum aylıq əməkhaqqı artırıldı: Sosial müavinət və təqaüdlər də artırılır - SƏRƏNCAM

# 15:46
5 yanvar 2023

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Sərəncamın digər bəndlərinə əsasən sosial müavinətlərin, təqaüdlərin və əmək pensiyalarının minimum məbləğləri artırılacaq. Sərəncama əsasən Nazirlər Kabineti 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması dair təkliflərini və əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, əmək pensiyalarının minimum məbləği 240 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR