Misirin Rusiyaya yardım planı üzə çıxdı
Misir Ukrayna ilə müharibədə Rusiyaya kömək etməyi planlaşdırıb.
Bu haqda Ukrayna mətbuatı məlumat yayıb.
İnformasiya Pentaqonun sızdırılmış kəşfiyyat sənədlərinin birində öz əksini tapıb.
Məlumata görə, Misir Prezidenti Əbdülfəttah Sisi bu ilin fevral ayında Rusiyaya 40 min raket, artilleriya mərmisi və barıt göndərməyi planlaşdırıb. Rəsmi Qahirə Vaşinqtonla münasibətlərin pisləşməməsi üçün sözügedən silah-sursatı gizli göndərmək istəsə də, plan xüsusi xidmət orqanları tərəfindən üzə çıxarılıb.
Qeyd edək ki, Misir rəsmi şəkildə Ukrayna müharibəsində neytral mövqedə olduğunu açıqlayıb
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu