MM komitə sədri hərbçilərin pensiyası məsələsinə aydınlıq gətirdi
“Əmək pensiyaları haqqında” qanunda hərbçilərlə bağlı olan hissəyə aydınlıq gətirilib. Bu yeni məsələ deyil ”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, hərbçilərin pensiya məsələsi ilə bağlı 2020-ci ildə Konstitusiya Məhkəməsində də qərar qəbul edilib: “Hərbçilərə verilən əlavələr çoxdur. Hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu