MN: 9 Mayda Rusiya sülhməramlılarının Xankəndidə təntənəli sıra düzülüşü planlaşdırılır
Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
APA TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə yaydığı məlumatda qeyd olunur.
Məlumatda bildirilir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
Həmçinin Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu