MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Müdafiə Nazirliyindən (MN) APA TV-yə verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib