MN: Azərbaycan Ordusunun Xankəndi və Şuşanı atəşə tutması xəbəri yalandır
"Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib".
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib: "Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir".
Nazirlik Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbərləri də təkzib edib. bildirilib ki, bu, düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır: "Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir".
DİGƏR XƏBƏRLƏR
“Onların da yanına getməliyəm, qorxurlar” – Bu gün “Xanı”nın ANIM GÜNÜDÜR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?