MN: Vətən müharibəsində 19 hərbçi itkin düşmüş sayılır

# 17:07
8 may 2021

Müdafiə Nazirliyi (MN) Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını yayıb.

 

Nazirlikdən APA TV-yə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat siyahıda təqdim olunub.

 

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR