Molla rejimi Azəbaycan vətəndaşlarının həbsinə başlayıb: - İrana getməyin
İran daha bir Azərbaycan vətəndaşını casusluq ittihamı ilə saxlayıb. Bu barədə “Mouze” teleqram kanalı məlumat paylaşıb. Bildirilib ki, təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır. O, həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. Məlumatda o da qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova ailəsi ilə əlaqə saxlamaq hüququndan da məhrum edilib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Bildirilib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi