Mollalar niyə Münxenə çağırılmadı? - Dünya tarixini dəyişən tədbirdə Rza Pəhləvi detalı

# 19:27
20 fevral 2023

Ötən həftə dünyanın gözü 59-cu Münxen Təhlükəsizlik Konfransında idi. Fevralın 19-da bitən bu tədbir bir neçə nüansla yadda qaldı. Dünyanın yeni düzəni, eləcə də geosiyasi proseslərin şəkilləndirildiyi bu tədbirdə əsas diqqət çəkən məqamlardan biri də İranın dəvət edilməməsi idi. Bəzi ekspertlər düşünürlər ki, İranın dəvət olunmaması səbəbləri içində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu amili də var.

Prezident İlham Əliyev də Münxen televiziyasına müsahibəsində terror hadisəsini toxundu. Ölkə başçısı bildirdi ki, İran hökuməti şəffaf istintaq aparmalı, Azərbaycana da bu barədə məlumat verilməli, terrorçu və onlara dəstək verənlər cəzalandırılmalıdır.

İranla bağlı digər diqqətçəkən məqam isə dəvətlilər sırasında molla rejiminə müxalif Rza Pəhləvinin də olması idi.

 

Siyasi mühacir, GünAztv-nin rəhbəri Əhməd Obalı bildirib ki, İranın bu qədər önəmli bir tədbirə dəvət edilməməsində terroru dəstəkləyən, bölgə və dünya üçün təhlükə yaradan ölkə kimi tanınması da rol oynayıb.

Pəhləvinin dəvət edilməsi isə molla rejimi üçün yeni siqnaldır. Sivil dünya yaxşı anlayır ki, terrorçu mahiyyəti olan hakimiyyətin nüvə silahı əldə etməsi hansı fəlakətli nəticələrə gətirib çıxara bilər. Buna görə də İranın nüvə silahına sahiblənməsinə heç bir halda yol vermək olmaz.

 

Tehrandakı səfirliyimizə hücumla bağlı da fikirlərini bölüşən Əhməd Obalı bildirib ki, bu kimi terror əmrlərini Xamenei verir.

 

Xatırladaq ki, prezident İlham Əliyev açıqlamasında terrorçunu göndərənlərin, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələrinin ədalət mühakiməsi qarşısına çıxarılmalı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR