Mopeddən yıxılan qız xəstəxanada öldü
Bakıda qəza zamanı mopeddən yıxılan qız xəstəxanada ölüb.
APA-nın məlumatına görə, aprelin 26-da Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb və 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Ötən gün isə həkimlərin səyinə baxmayaraq Eliza Həsənova xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlayıb.
DİGƏR XƏBƏRLƏR
Noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb
“Zeyvəyə gedəndə ayaq götür” – Naxçıvanın qədim kəndindən REPORTAJ
Sabaha gözlənilən hava proqnozu açıqlandı