Moskvada qasırğa nəticəsində ölənlərin SAYI ARTDI

# 12:07
11 iyul 2022

 

Moskvada qasırğa nəticəsində iki nəfər həlak olub. APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Ağacların aşması nəticəsində 3-ü uşaq olmaqla 18 nəfər xəsarət alıb. İki nəfər ölüb”, - agentliyin yaydığı məlumatda bildirilib. Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin paytaxtda pis hava şəraiti səbəbindən bir nəfərin öldüyünü bildirmişdi. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 10 nəfər də xəsarət almışdı. Lakin sonradan ölənlərin və xəsarət alanların sayının artdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR