Moskvada Xocalı soyqırımına həsr olunmuş filmin nümayişi keçirilib
Moskvada Xalq Təsərüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Xocalı soyqırımına həsr olunan “Xoca” filminin nümayişi keçirilib.
Rejissor Vahid Mustafayevin “Xoca” hərbi filminin nümayişi “Retrospektiv” film layihəsi çərçivəsində baş tutub. Filmin nümayişindən əvvəl Xocalıya həsr olunmuş anım guşəsinə gül dəstələri düzülüb. Azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, Rizvan Hüseynov onlayn formatda çıxış edib.
Filmin nümayişi çərçivəsində "Azərbaycan" pavilyonunda Xocalı soyqırımına həsr olunmuş fotosərgi də təşkil olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu