Motosikletlə avtomobil toqquşdu, bir nəfər həyatını itirdi
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Poylu kəndində motosikletlə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər - 46 yaşlı Fikrət Məmmədov, 22 yaşlı Hamilə Məmmədova və 43 yaşlı Rafiq Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. Rafiq Qurbanov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu