Mövlam Şixəliyevin ailə üzvlərinin 2 milyonluq əmlakı üzərindən HƏBS GÖTÜRÜLDÜ

# 15:35
4 oktyabr 2022

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlak üzərindən həbs götürülüb.

 

APA həmin əmlakların siyahısını təqdim edir:

 

Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak;

 

Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzili;

 

Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzili;

 

Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak;

 

Həbsdən azad olunmuş əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR