Mübariz Mənsimov azadlıqda - MƏHKƏMƏ QƏRARI
Bu gün İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA TV xəbər verir ki, keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Qeyd edək ki, M. Mənsimov ötən ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü