Mübariz Mənsimov saxlanıldı - İSTANBUL BAŞ PROKURORLUĞUNUN QƏRARI İLƏ
Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.
APA TV-nin məlumatına görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov saxlanılıb və onun yaşadığı evlərdə axtarış aparılır.
"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib. M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.
Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi