Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.
Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü