Müdafiə Nazirliyi Buzduxdan video paylaşdı
Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi