Müdafiə Nazirliyi şəhid qardaşının videosu ilə bağlı açıqlama YAYDI
Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi olmadığını qətiyyətlə bildiririk.
"Müdafiə Nazirliyi yalnız qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrası, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanılması üzrə müvafiq vəzifələri yerinə yetirən dövlət qurumudur".
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, Müdafiə Nazirliyi şəhidlərimizə və onların ailə üzvlərinə daim xüsusi həssaslıqla yanaşır. Hesab edirik ki, şəhidlərimizlə bağlı sosial şəbəkələrdə xoşagəlməz müzakirələrin aparılması müzəffər Ordumuzun nüfuzuna xələl gətirir və yolverilməzdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə məlumatda qeyd olunur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu