Müəllim əməliyyat masasında öldü
Azərbaycanda müəllim xəstəxanada dünyasını dəyişib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakıda yerləşən klinikalardan birində qeydə alınıb. Açıq ürək əməliyyatına alınan Sabirabad rayon A. Ağarəhimov adına Yenikənd kənd orta məktəbinin riyaziyyat müəllimi 66 yaşlı Həsənov Kamal Əliyusif oğlu əməliyyat masasında ölüb.
Məlumata görə, Kamal Həsənov “narkoz”dan ayılmamış damarı partlayıb. Buna görə də o, yenidən əməliyyata götürülüb. Lakin bu dəfə onun həyatını xilas etmək mümkün olmayıb.
Kamal Həsənov doğulduğu Sabirabad rayonunda dəfn edilib.