Müəllimlər etiraz aksiyası keçirdi

# 19:52
18 iyul 2023

2023-2024 –cü tədris ili üçün MİQ imtahanlarının suallarından narazı qalan bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimi Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Azərbaycan dili və ədəbiyyat fənni suallarında nöqsanlara yol verildiyini bildiriblər. Müəllimlər sualların çətinliyi və quruluşundan gileyləniblər. 


Etirazçılar qüsurlu imtahan sualları səbəbindən Azərbaycan dili və ədəbiyyat  imtahanının yenidən keçirilməsini tələb edirlər. Məsələ ilə Elm və Təhsil Nazirliyinin mövqeyini öyrəndik. Cavab belə oldu. 

Bildiririk ki, 14 iyul tarixində Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb və 29-cu test tapşırığında səhv olduğu aşkarlanıb.
Nəzərinizə çatdırırıq ki, həmin test tapşırığı 1280 nəfərə doğru, 3842 nəfərə səhv hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb.
Sualın hamıya doğru hesablanması nəticəsində 1280 nəfərin nəticəsi sabit qalıb, 3842 nəfərə 2,5 bal (səhv cavaba görə 0,5 bərpa), 959 nəfərə isə 2 bal artırılıb.
Əlavə olaraq qeyd edək ki, 17 iyulda edilən  apelyasiya müraciətləri  iyulun 21-dək emal olunacaq. Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan 1 seans keçirilib və namizədlərə eyni məzmunda test tapşırıqları təqdim olunub”.

Qeyd edək ki, müəllimlər tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. 


AYNUR QARA
XƏYAL İSKƏNDƏROV
APA TV
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR